Ermənistanda seçiklər yaxınlaşdıqca revanşistlər də aktivləşməyə başlayıblar. Tribuna.az xəbər verir ki, onlar israrla Azərbaycanla sülhün mümkün olmadığını iddia edirlər.
Deputat Tiqran Abramyan yerli mediaya verdiyi açıqlamasında bildirib ki, Ermənistanla sülh Azərbaycandan asılıdır. “İrəvanda keçirilən Avropa Birliyi sammitində Preziden İlham Əliyev xatırlatmağa çalışdı ki, sülhün sahibi Azərbaycandır və onun gələcək gedişatı yalnız onun iradəsindən asılıdır”.
Siyasətçi Armen Manvelyan isə hesab edir ki, sülh müqaviləsi yalnız Azərbaycanın bütün tələblərinin qəbul edilməsi bahasına mümkün olacaq.
Fərda Uğur









