Abbas Əraqçi: Bildiyimə görə, Xamenei və Pezeşkian sağdır

Abbas Əraqçi: Bildiyimə görə, Xamenei və Pezeşkian sağdır

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

Bildiyimə görə, Ayətullah Əli Xamenei və Prezident Məsud Pezeşkian sağdırlar.

Tribuna.az-ın xəbərinə görə, bunu İranın xarici işlər naziri Abbas Əraqçi NBC News-a deyib.

“Bütün yüksək vəzifəli şəxslər sağdır, hər şey qaydasındadır”, – o əlavə edib.

Qeyd edək ki, İranın Ali Rəhbəri Ayətullah Seyid Əli Xameneinin bu gün İsrailin hava zərbələri nəticəsində böyük ehtimalla həlak olduğu təxmin edilir.