Xəbər verildiyi kimi, Dövlət Təhlükəsizliyi Xidməti Ramiz Mehdiyev barəsindəki cinayət işi ilə bağlı detalları açıqlayıb. DTX-nın yaydığı məlumatda sabiq baş nazir müavini Abbas Abbasov Cinayət Məcəlləsinin 278.1 (hakimiyyətin zorla ələ keçirilməsinə, yaxud zorla saxlanılmasına, habelə dövlətin konstitusiya quruluşunun zorla dəyişdirilməsinə yönələn hərəkətlər) maddəsi ilə təqsirləndirilən şəxs qismində məsuliyyətə cəlb edilib.
Tribuna.az yazır ki, Abbas Abbasov Rusiya vətəndaşıdır. Bu maddə üzrə cəza 12 ildən 20 ilədək müddətə azadlıqdan məhrumetmə və ya ömürlük azadlıqdan məhrumetmə ilə cəzalandırılmanı nəzərdə tutur. Cinayət Məcəlləsinin 278-ci və 278.1-ci maddəsi Azərbaycan Respublikasının konstitusiya quruluşuna qarşı yönələn ən təhlükəli cinayətlərdən biridir və dövlətçilik fəlsəfəsinin, suverenliyin, qanunun aliliyinin qorunmasında mərkəzi rol oynayır. Bu maddə yalnız bir hüquqi norma deyil, dövlətin siyasi müstəqilliyinin, xalqın seçki hüququnun və idarəetmə institutlarının toxunulmazlığının təminatıdır. Bu cinayətin predmeti hakimiyyətin legitimliyidir.
Həsən Ağa









