Tribuna.az xəbər verir ki, müştərilər ABB kartı ilə ödəniş edərkən problem yaşayır. Bank müştərisi olan Elvin adlı şəxs bildirib ki, əvvəlcə ödəniş olmur, daha sonra isə ard-arda kartdan pul çıxır:
“Şikayətim ABB-dəndir. Dünən axşam 19:30 Bakı-Pirşağı-Sumqayıt qatarı ilə getmək üçün həmişə istifadə etdiyim ABB kartı ilə ödəniş etməyə çalışdım, amma olmadı heç bir formada. Əməkdaş bildirdi ki, başqa kartınız varsa, onu yaxınlaşdırıb oxudun.
Başqa kartla ödəniş etdim, problemsiz keçdi.
Gecə saatlarında ABB işləmədiyi halda ödənişi hesabımdan çıxıb. İndi ABB məsuliyyəti boynundan atır”.
Şikayətçinin paylaşımına rəy yazanlar da son vaxtlar bele hallarla çox qarşılaşdıqlarını bildiriblər.
Qarşı tərəfi dinləməyə hazırıq.
Gülşən Rəsul










