AB Kiyevə hücuma görə Rusiyaya sanksiya tətbiq etdi

AB Kiyevə hücuma görə Rusiyaya sanksiya tətbiq etdi

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

AB Kiyevə hücumlara görə ilk dəfə Rusiyaya qarşı sanksiyalar tətbiq edib.

 Tribuna.az xəbər verir ki, bu barədə Rusiya mediası məlumat yayıb.

Məlumata görə, məhdudiyyətlər “ABS Elektro” qrupunun beş şirkətinə və bir fərdi şəxsə təsir edəcək:

“Sanksiyalar AB ölkələrinə girişin qadağan edilməsini və birlik daxilində aktivlərin dondurulmasını nəzərdə tutur”.

Qeyd edək ki, Brüssel sanksiyaların 1 və 5 iyul tarixlərində Kiyevə edilən hücumlara cavab olaraq tətbiq olunduğunu vurğulayıb. “ABS Elektro” qrupu isə Rusiyanın hücum PUA-larında istifadə olunan elektron komponentlər istehsal etməkdə ittiham olunur./Axar.az