Vətəndaş Haldun Novruzzadə Azərbaycan Avtomobil Yolları Dövlət Agentliyini məhkəməyə verəcək.
Tribuna.az xəbər verir ki, bu haqda özü yazıb.
Onun sözlərunə görə, Yeni Günəşli qəsəbəsi, AB yaşayış massivində ona məxsus Mercedes S class markalı avtomobil ilə asfalt yolun bərbad olması nəticəsində çuxura düşüb. Nəticədə avtomobilin arxa sol təkəri kəsilib, sağ və ön təkəri isə zədələnib. Suraxanı rayon Yol Polis əməkdaşları hadisə rəsmiləşdirib və zərər aktını təqdim edib. “Azərbaycan Avtomobil Yolları Dövlət Agentliyini məhkəməyə verəcəm.
Zərərin tam ödənilməsi üçün əlimdən gələnu edəcəm, bəsdirin daha camaata ziyan verdiniz”.
Həsən Ağa









