AAYDA – da ARAŞDIRMALAR APARILIR

AAYDA – da ARAŞDIRMALAR APARILIR

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

Prezident yanında Antiinhisar və İstehlak Bazarına Nəzarət Dövlət Agentliyi Avtomobil Yolları Dövlət Agentliyinin fəaliyyətində rəqabət qanunvericiliyinin pozulması halları ilə əlaqədar araşdırma aparır.

Tribuna.az Oxu.Az-a istinadən xəbər verir ki, araşdırma rəqabət orqanının öz təşəbbüsü ilə başladılıb.

Qeyd olunub ki, Rəqabət Məcəlləsinin 39.7-ci maddəsinin tələblərinə əsasən sahibkarlıq fəaliyyətinin nəticələrinə dair maliyyə hesabatlarının müəyyən edilmiş qaydada və vaxtda rəqabət orqanına təqdim edilməməsi ilə bağlı rəqabət qanunvericiliyinin pozulması hallarına görə araşdırma aparılır.

Sənan Məmmədli