78 yaşlı dosent ayaq yolunda yıxıldı, Kərim Şükürov cərimələndi – Məhkəmə ləğv etdi

78 yaşlı dosent ayaq yolunda yıxıldı, Kərim Şükürov cərimələndi – Məhkəmə ləğv etdi

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki
AMEA-nın A.A. Bakıxanov adına Tarix və Etnologiya İnstitutunun direktoru, professor Kərim Şükürov barəsində məhkəmə qərar verib.
 Tribuna.az xəbər verir ki,Qaynarinfo-nun məlumatına görə, İnstitutun “Azərbaycanın Sovet dövrü tarixi” şöbəsinin böyük elmi işçisi, dosent, 1948-ci il təvəllüdlü Həsənov Tofiq Əliş oğlu i. yerində özünü pis hiss edib və təzyiqinin qalxması nəticəsində ayaqyolunda başı gicəllənərək yıxılaraq xəsarət alıb.
78 yaşlı dosent aldığı xəsarətlə əlaqədar xəstəxanaya aparılıb.
Hadisə ilə bağlı Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında Dövlət Əmək Müfəttişliyi Xidməti Kərim Şükürovun istehsalatda baş vermiş bədbəxt hadisə barədə qanunvericilikdə nəzərdə tutulmuş qaydada məlumat vermədiyini əsas gətirərək onun barəsində İnzibati Xətalar Məcəlləsinin 555.1-ci maddəsi ilə protokol tərtib edib.
İş Dövlət Əmək Müfəttişliyi Xidmətinin şikayəti əsasında Bakı Apellyasiya Məhkəməsinə kimi uzanıb. Lakin Bakı Apellyasiya Məhkəməsi şikayəti təmin etməyib və birinci instansiya məhkəməsinin Kərim Şükürovun xeyrinə çıxardığı qərarı qüvvədə saxlayıb.