Milli Məclisin bu gün keçirilən iclasında “Dövlət rüsumu haqqında” yeni qanun layihəsi müzakirəyə çıxarılıb.
Tribuna.az bildirir ki, qanun layihəsinə görə, akvakultura təsərrüfatlarının qeydiyyat şəhadətnaməsinin verilməsinə görə 70 manat dövlət rüsumu müəyyənləşir.
Hazırda qüvvədə olan qanuna əsasən, akvakultura subyektləri tərəfindən hazırlanan bioloji və texnoloji əsaslandırmanın qeydiyyatına görə 50 manat dövlət rüsumu alınır.









