Bakıda azyaşlının ölümü ilə nəticələnən bədbəxt hadisə baş verib.
Tribuna.az xəbər verir ki, hadisə aprelin 30-da saat 17 radələrində Nizami rayonunda qeydə alınıb.
Belə ki, 2021-ci il təvəllüdlü Polad Rövşən oğlu Məmmədov qonaq olduğu X.Dadaşovanın yaşadığı C.Naxçıvanski küçəsi 89 ünvanındakı çoxmərtəbəli binanın 12-ci mərtəbəsindəki mənzilin eyvanından yıxılıb.
Ehtiyatsızlıqdan yıxılan azyaşlı hadisə yerində ölüb.
Faktla bağlı araşdırma aparılır.









