Yasamal rayonunda 3 nəfərin ölümünə səbəb olan yaşayış binasının içindən görüntülər yayılıb.
Tribuna.az xəbər verir ki, görüntüləri bina sakini olan jurnalist Heydər Mirzə paylaşıb. Onun paylaşımından məlum olub ki, binanın blokunda istilik o dərəcədə güclü olub ki, plastikdən olan lampalar əriyib.
Blokda təmizlik işləri aparılsa da blokun və mərtəbələrin divarları qara hisdir.
H. Mirzə həmçinin bildirib ki, onlara vədd edilən təzminat da gecikdirilir və hələ də ödənilməyib:
“Təəssüf ki təzminat hələ ünvana çatmayıb. Srağagün şəxsiyyət vəsiqələrinin surətlərini istəmişdilər (FİN və seriya halbuki əvvəl təqdim olunmuşdur). Sonra çıxarışların surətlərini istəmişdilər.
İndi də imza nümunələri istəyirlər. Özü də bir-bir yada düşür.
Sabah yəqin ki, qan analizi istənilər. Növbəti gün də poliklinikadan arayış və s”.
Gülşən Rəsul









