3-cü Dünya Müharibəsi sərhədlərimizdədir: “Ehtiyatlı olaq”

3-cü Dünya Müharibəsi sərhədlərimizdədir: “Ehtiyatlı olaq”

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

İran İslam Respublikasında və bu başıbəlalı ölkə ətrafında baş verənlərə son dərəcə ciddi yanaşmaq lazımdır.

Tribuna.az xəbər verir ki, bu sözləri “Real” TV-nin rəhbəri, jurnalist Mirşahin Ağayev deyib. O bildirib ki, hərəkətlərimizdə, çıxışlarımızda, xüsusilə rəqəmsal platformalarda ifadələrimizdə, şərhlərimizdə ehtiyatlı olmalıyıq:

“Allah İran xalqına səbr versin! Azərbaycanın da daxil olduğu bu bölgəyə tezliklə sülh və asayiş gəlsin!

Kiminsə dərdinə sevinmək yoxdur əxlaqımızda. Əksinə, dərdə şərik olmaq var! Ləyən dolusu qan axan vaxtda “aftafa suyu” bəsitliyində düşünməyək. Unutmayaq ki, daha çox təharət vasitəsi tək lağa qoyulan “aftafa” həm də dəstəmaz dəstinə aiddir. Kinimizi boğaq!

İran, İsrail, ABŞ… və s. dövlətlərin cəlb olunduğu davada sözdə də olsa iştirak etməyək. Unutmayaq; bu 3-cü Dünya Müharibəsidir və o artıq bizim sərhədlərimizə çatıb”.

Gülşən Rəsul