“3-4 dəqiqənin içində atası görüb ki…” – 3 yaşlı uşağın faciəvi ölümü – VİDEO

“3-4 dəqiqənin içində atası görüb ki…” – 3 yaşlı uşağın faciəvi ölümü – VİDEO

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

Xəbər verdiyimiz kimi, Siyəzəndə yaşlı uşaq avtomobildə yanaraq ölüb.

Tribuna.az-ın məlumatına görə, ailənin yaxını hadisənin təfərrüatını danışıb.

“Maşın çöldə olub. Hüseynağa orada işləyirmiş. Bolt lazım olub, qayıdıb ki, zirzəmidən götürsün. 3-4 dəqiqənin içində gəlib, görüb ki, maşının içi tüstüdü. Uşaq qabaqda oturubmuş. Qapını açıb ki, uşaq orada yoxdu. Maşın alovlanıb, dəhşətli alov olub. Qabaqda tapa bilməyib, keçib arxa tərəfləri axtarıb, görüb ki, orada da yoxdu. Digər tərəfdən şüşəni vurub əli ilə sındırıb. Sonra qonşuların köməyi ilə arxa qapını açıblar. Görüblər ki, uşaq orda bükülü vəziyyətdədir. Baş hissəsi yanmışdı”, – deyə o əlavə edib.

Faktla bağlı araşdırma aparılır.

Daha ətraflı “İctimai TV”nin süjetində: