15 yaşlı Həsənin də meyiti tapıldı

15 yaşlı Həsənin də meyiti tapıldı

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

Bakı şəhəri, Qaradağ rayonu, Ələt qəsəbəsində ən yaxın sularda xilasetmə məntəqəsindən 15 km aralı dənizdə nəzarətsiz ərazidə 1 nəfər batıb.

Tribuna.az xəbər verir ki, bu haqda Fövqəladə Hallar Nazirliyinin “112″ qaynar telefon xəttinə məlumat daxil olub.

Məlumatla əlaqədar dərhal FHN-in Kiçikhəcmli Gəmilərə Nəzarət və Sularda Xilasetmə Dövlət Xidmətinin dalğıc-xilasediciləri axtarışlara cəlb olunub.

Hazırda vətəndaş – 2011-ci il təvəllüdlü Əlihəsənov Həsən Asif oğlunun batdığı ehtimal edilən istiqamətlərdə axtarışlar həyata keçirilir.

Əlavə məlumat veriləcək.

***

Əldə etdiyimiz məlumata görə, 15 yaşlı yeniyetmə dənizdə əmisi ilə birgə batıb. Əminin meyiti sudan çıxarılsa da, uşağın axtarışları hələ də davam edir.

***

Əldə etdiyimiz məlumata görə, 15 yaşlı yeniyetmənin axtarışları başa çatıb. Onun nəşi tapılaraq aidiyyəti üzrə təhvil verilib.