106 yaşlı qadın uzunömürlülüyün sadə sirrini açıqladı

106 yaşlı qadın uzunömürlülüyün sadə sirrini açıqladı

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

ABŞ-da yaşayan və 106 yaşını qeyd edən qadın uzunömürlü olmasının sirrini tam olaraq bilmədiyini deyib.

Tribuna.az xəbər verir ki, bu barədə WTAP məlumat yayıb.

ABŞ-ın Parkersburg şəhərində yaşayan Milli Qolt uzun ömür sürməsinin səbəbi ilə bağlı suala dəqiq cavab verə bilməyib. Lakin onun nəvəsi Mikki hesab edir ki, bunun əsas səbəbi gündəlik gəzintilər və zərərli vərdişlərdən uzaq durmasıdır.

O, hər gün piyada gəzirdi”, – deyə nəvəsi bildirib. Uzunömürlü qadın isə gəncliyində həyat tərzinin o qədər də sağlam olmadığını, lakin vaxtında dəyişməyin vacibliyini başa düşdüyünü qeyd edib.

Qolt bildirib ki, həyatındakı ən xoşbəxt an oğlu Donun dünyaya gəlməsi olub. Onun sözlərinə görə, enerjisini qorumağa kömək edən sadə vərdişlərdən biri də gündə üç dəfə qidalanmaqdır.

Səhər oyanıram, üç dəfə yemək yeyirəm və yenidən yatağa qayıdıram”, – deyə o bildirib.

Qadının yaxınları isə yalnız yaşı ilə deyil, həm də aydın düşüncəsi və hazırcavablığı ilə fəxr etdiklərini deyirlər. O, hələ də ailə toplantılarında fəal iştirak edir və gənc nəsilə saleh həyat yaşamağı tövsiyə edir.

Qeyd edək ki, daha əvvəl Böyük Britaniyada yaşayan və döş xərçənginə qalib gəlmiş 106 yaşlı qadın da uzunömürlülüyün sirrini açıqlamışdı. Onun sözlərinə görə, bu sirr ən sadə hərəkətin daim təkrarlanmasında gizlidir.

İmran Kərimli